18 sentyabr 2024 17:32
129

Azərbaycan şirkətləri İraqda nəqliyyat layihələrində iştirak edə bilər

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İraqın ticarət naziri Atir Əl-Qurayr ilə görüşüb.

Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlıq çərçivəsində maraq doğuran məsələlər müzakirə olunub.

Həmçinin İraqda nəqliyyat və yol infrastrukturu üzrə həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin iştirakı nəzərdən keçirilib.