18 sentyabr 2024 17:05
134

Azərbaycanda 7 ayda uyğunluğu qiymətləndirən 32 qurum akkreditasiya edilib

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Akkreditasiya Mərkəzi uyğunluğu qiymətləndirən 32 qurumu akkreditasiya edib.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bunun 12-si sınaq labaratoriyası, 11-i inspeksiya xidməti göstərən qurum, 5-i sınaq (kalibirləmə) labaratoriyası, 2-si idarəetmə sistemlərinin sertifikatlaşdırılması üçün qurum, 1-i məhsulların, işlərin və xidmətlərin sertifikatlaşdırılması üzrə qurum, 1-i isə işçi heyətinin sertifikatlaşdırılmasını yerinə yerinə yetirən qurumdur.

"Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya bu xidmətləri təklif edən qurumların akkreditasiya tələblərinə cavab verməsinin şəffaf və qərəzsiz qiymətləndirilməsidir və texniki səriştəliliyi təsdiq edir", - deyə o qeyd edib.