Bakı şəhəri Suleyman Ələsgərov adina 1 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri növbəti dəfə beynəlxalq müsabiqədə Azərbaycanı layiqincə təmsil ediblər.
“İki sahil” xəbər verir ki, məktəbin fortepiano müəllimi Sevda Qurbanzadənin şagirdləri Sumayə Zeynalova və Zeynəb İsmayilova İspaniyada keçirilən “İnternational art media contest” musiqi müsabiqəsində 11-12 yaş qrupunda ansambl ifası üzrə birinci yerə layiq görülüblər.
Beynəlxalq müsabiqəyə onlayn qatılan balaca ifaçılarımızın çıxışı münsiflər tərəfindən yüksək qiymətləndirilib və onlara növbəti yarışlarda da iştirak etmək tövsiyə olunub.
Şagirdlər qazandıqları uğura görə öz müəllimlərinə minnətdarlıllarını bildiriblər.