17 sentyabr 2024 10:52
126

Mingəçevirdə suyun verilməsində qismən fasilələr yaranacaq

10 min kubmetrlik Mingəçevir mərkəzi su anbarının yuyulması və dezinfeksiyası işlərinin aparılması səbəbilə 18 sentyabr tarixində Mingəçevir şəhəri üzrə suyun verilməsində qismən fasilələr yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Sakinlərdən həmin tarixdə su ehtiyatlarını görmələri xahiş olunur.

ADSEA narahatlığa görə abonentlərdən üzr istəyir.