16 sentyabr 2024 11:18
135

Bu ilin ötən dövründə MDSS üzrə ödənilən vəsaitin həcmi açıqlanıb

2024-cü ilin yanvar-avqust ayları ərzində məcburi dövlət sosial sığorta (MDSS) haqları hesabına verilən müavinətlər üzrə 111,9 mln. manat vəsait ödənilib.

Bu barədə "İki sahil"ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə 6,1 mln. manat və ya 5,8% çox vəsait xərclənib.