16 sentyabr 2024 09:44
152

Naxçıvanda birinci sinfə başlayan şagirdlərin sayı açıqlandı

2024-2025-ci tədris ilində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində 52 mindən artıq şagird təhsil alacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, eyni zamanda, 3797 uşaq birinci sinfə gedəcək, 3171 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. 

Qeyd edək ki, bu tədris ilinin ilk dərsi “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub.