16 sentyabr 2024 08:16
172

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.

“İki sahil” xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzin məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
4. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
5. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində sıxlıq müşahidə olunur.