"Barselona"nın yarımmüdafiəçisi Qavi komanda ilə ümumi məşqlərə qayıdıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2023-cü ilin noyabrında Qavi İspaniya millisinin heyətində dizindən zədə alıb və mövsümün sonuna qədər sıradan çıxıb. Ötən mövsüm Qavi 15 oyun keçirib, iki qol vurub və bir qolun ötürməsini verib.
UEFA Çempionlar Liqası: "Sabah" - "Barselona" oyununda hesab açılıb - Yenilənir
Bakı şəhərindən olan cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı həyata keçiriləcək