11 sentyabr 2024 23:10
260

Kişi özünü körpüdən atmaq istədi - VİDEO

Bakıda axşam saatlarında intihara cəhd hadisəsi olub.

“İki sahil” xəbər verir ki, vətəndaş paytaxtın Xətai rayonu ərazisində körpüyə çıxaraq intihara cəhd edib.

Əraziyə dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1981-ci il təvəllüdlü Əliyev Ramin Mirağa oğlu körpünün məhəccərinin üzərinə çıxaraq intihara cəhd edir.

Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb.

Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində R.Əliyev intihar etmək niyyətindən çəkinib və o,  xilas edilərək aidiyyəti üzrə təhvil verilib.