10 sentyabr 2024 19:39
260

Naxçıvanda yaşıl enerjinin istehsal payı ötən ilin müvafiq dövrünə nisbətən 20 faiz artıb

2024-cü ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikası Dövlət  Energetika Xidmətinin istismar sahəsində olan elektrik stansiyalarının texniki-iqtisadi göstəriciləri açıqlanıb. 

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, müvafiq dövr ərzində istehsal olunan ümumi elektrik enerjisinin 55 %-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür. 

2024-cü ilin yanvar - avqust ayları üzrə istehsal olunan ümumi elektrik enerjisinin:

- 45 %-i İstilik Elektrik Stansiyalarında;

- 42 %-i Su Elektrik Stansiyalarında;

- 13 %-i Günəş Elektrik Stansiyalarında istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpa olunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin payı 20 % -ə yaxın artıb.