10 sentyabr 2024 10:39
192

Səadət Kərimi: Tədqiqatlar cəmiyyətə açıq şəkildə aparılmalıdır

Elmi-tədqiqatların önəmi danılmazdır. Onların nəticələrinə, cəmiyyətə faydasına görə mühüm əhəmiyyət kəsb edir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Bakıda keçirilən xaricdə yaşayan azərbaycanlı alimlərin Forumunun 2-ci günündə İsveçin Gothenburg Universitetinin elmi işçisi Səadət Kərimi söyləyib.

O, İsveçin elm-tədqiqat sahəsindəki təcrübəyə istinad etməyin mühümlüyündən bəhs edib: "Biz İsveçin tədqiqat prosesindən müxtəlif nümunələr götürməliyik. Bu səbəbdən düşünürəm ki, nəinki tədqiqatların nəticələri, hətta elmi-tədqiqat proseslərinin özü belə cəmiyyətə açıq olmalıdır. Bu həm şəffaflığın, həm də nəticənin daha uğurlu nəticələnməsinə səbəb olacaq".