10 sentyabr 2024 09:25
213

Bakı metrosunda qatarların hərəkəti 5 dəqiqə yubanıb

“Bakı Metropoliteni” QSC-nin Yaşıl və Qırmızı xətlərdə intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb.

“İki sahil” xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.

Bildirilib ki, "Qara Qarayev" stansiyasında sərnişin vaqon qapısının qəza açılıb-bağlama kranından istifadə etdiyi üçün maşinist həmin qapıya baxış keçirib və kranı normal statik vəziyyətinə qaytarıb.

Həmin qatarın maşinisti qatar hərəkətdə ikən həmin qapının normal rejimdə işləmədiyi barədə dispetçerə məlumat verib. Bu səbəbdən qatar baxış keçirilməsi məqsədilə "Nərimanov" stansiyasında xətdən çıxarılıb. Əvəzinə qatar verilib.