10 sentyabr 2024 09:20
96

11 yaşlı uşağı maşın vurub

Şirvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə saat 9 radələrində Şirvan şəhəri Naxçıvani prospektində qeydə alınıb. Qəza zamanı xəsarət alan 11 yaşlı Əsgərov Savalan Ramal oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.