10 sentyabr 2024 08:51
226

Bakıda sıxlıq müşahidə olunan yollar açıqlandı

Bakının bir sıra yollarında sıxlıq müşahidə olun.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. Xətai prospekti, "Şərq bazarı" istiqamətində sıxlıq müşahidə olunur.