Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün maliyyə və mərkəzi bankçılıq sahəsində məlumatlılığın artırılmasını hədəfləyən təlimlərin təşkil olunması davam etdirilir. Bu istiqamətdə növbəti təşəbbüs Quba şəhərində “Yaşıl maliyyə” mövzusunda təlimin keçirilməsi olub.
“İki sahil” xəbər verir ki, 20-yə yaxın media nümayəndəsinin iştirakı ilə baş tutan təlimdə yaşıl maliyyə alətləri və infrastrukturu, dayanıqlılıq prinsipləri və bu sahədə beynəlxalq təcrübələr üzrə məlumatlar əhatə olunub. Təlim çərçivəsində Mərkəzi Bankın dayanıqlı maliyyə sahəsindəki strateji prioritetləri və təşəbbüsləri də diqqətə çatdırılıb. Təlim sual-cavab sessiyası ilə tamamlanıb.
Daha sonra media nümayəndələrinin Mərkəzi Bankın Quba Regional Mərkəzinə və Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil olunub.
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara AYDINLIQ GƏTİRDİ
Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub