09 sentyabr 2024 14:19
239

ADA Universitetinin rektoru: Azərbaycan elminin nüfuzunun daha da artırılması üçün alimlərimizdən təkliflər gözləyirik

Azərbaycan elminin, təhsilinin nüfuzu daha da artırılmalıdır. Bunun üçün biz alimlərimizdən təkliflər gözləyirik. Təklifləri olanlara isə maliyyə dəstəyi verməyə hazırıq.

“İki sahil” xəbər verir ki, bu sözləri sentyabrın 9-da Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda ADA Universitetinin rektoru professor Hafiz Paşayev söyləyib.

Professor bildirib ki, Azərbaycan elminin inkişafında alimlərin üzərinə böyük rol düşür: “Ölkəmizdə müasir tələblərə cavab verən alimlər yetişdirilməlidir. Xüsusilə dəqiq elmlərlə bağlı mənim narahatlığım var”.

Qeyd edək ki, Forumda dövlət rəsmiləri, dünyanın 23 ölkəsindən 80-dən çox azərbaycanlı alim, ümumilikdə isə 200-dən çox yerli və xarici alim iştirak edir.