09 sentyabr 2024 13:42
579

Sumqayıtda açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB

Sumqayıt şəhəri, Koroğlu prospektində açıq ərazidə baş verən yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Koroğlu prospektində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində təxminən 1500kv.m. sahədə açıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən avtomobil təmiri sexlərinə və fərdi yaşayış evlərinə keçməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdərılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Sumqayıt şəhərində qamışlıq ərazidə yanğın başlayıb.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.

Yanğın genişlənərək yaxınlıqda olan avtomobil sexlərinə keçib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub.

Hazırda alovun qarşısını almaq üçün tədbirlər davam etdirilir.

FHN-dən APA-ya verilən “112” qaynar telefon xəttinə Sumqayıt şəhəriində açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə yanğınsöndürmə qüvvələri cəlb edilib.