09 sentyabr 2024 12:44
222

Müəllimlərin təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start verilib

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə başlanılıb.

Bu barədə “İki sahil”ə Azərbaycan Təhsil İnstitutundan məlumat verilib.

Qeyd edilib ki, sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.

Qeyd edək ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.