09 sentyabr 2024 12:18
234

Siyəzəndə 23 yaşlı oğlan itkin düşüb

Siyəzən rayon sakini 2001-ci il təvəllüdlü Mahmud Məlikovun itkin düşməsi barədə polisə məlumat daxil olub.

Bu barədə "İki sahil"ə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib. Qeyd olunub ki, hazırda onun tapılması istiqamətində tədbirlər görülür.