09 sentyabr 2024 09:52
206

Avtomobilin vurduğu velosipedçi üç gün sonra ölüb

Hacıqabulda avtomobilin vurduğu velosipedçi üç gün sonra ölüb.

“İki sahil” xəbər verir ki, sentyabrın 4-də Emil Süleymanov idarə etdiyi "VAZ 2107"markalı avtomobillə yolu velosipedlə keçən Mahir Hüseynovu vurub.

Velosipedçi aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, M.Hüseynov ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.