22 sentyabr 2024 14:03
79

Türkiyə-Azərbaycan gəncləri arasında mübadilə proqramı həyata keçiriləcək

Türkiyənin Gənclər və İdman Nazirliyi yanında Gənclik Xidmətləri Baş idarəsi Türkiyə-Azərbaycan gəncləri arasında mübadilə proqramını həyata keçirməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki,  təşəbbüsün məqsədi Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafı, gənc nəslin qardaş xalqın mədəniyyəti və tarixi ilə yaxından tanış olması, iki ölkənin əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verməkdir. Mübadilə proqramında iştirak üçün müraciətlər sentyabrın 9-dək qəbul edilib və Türkiyənin 18-25 yaş arası gənc vətəndaşları bu təşəbbüsdə iştirak etmək hüququ qazanıblar.

Türkiyənin Gənclik Xidmətləri Baş idarəsi tərəfindən yaradılan müvafiq komissiya proqramda iştirak etmək üçün ilk 10 namizədi müəyyən edəcək komitə yaradıb. Həmçinin 10 ehtiyat iştirakçının siyahısı tərtib olunacaq. Proqram iştirakçıları oktyabrın 5-də İstanbuldan Bakıya uçacaq və səfər oktyabrın 11-dək davam edəcək. Baş idarədən bildirilib: “Mübadilə proqramının iştirakçıları Azərbaycanın zəngin mədəni və tarixi irsini kəşf edəcək, könüllü fəaliyyətlərə qatılacaqlar ki, bu da onlarda qardaş dövlət haqqında tam təsəvvürün formalaşmasına imkan verəcək”.