09 sentyabr 2024 09:29
207

Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib

Qaradağ rayonunun “Lökbatan” dairəsindən mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, avtomobillərin hərəkətinə qoyulan məhdudiyyətin səbəbi yolda aparılan təmir işləridir.