09 sentyabr 2024 01:27
261

Bakıda 9 yaşlı uşağı maşın vurub

Bakının Pirallahı rayonunda 9 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, Qala qəsəbəsində avtomobil yolu keçən 2015-ci il təvəllüdlü azyaşlı qızı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.