Sumqayıt şəhərində infrastrukturun modernləşdirilməsi və yeni layihələrin icrası çərçivəsində kommunikasiya xətlərinin yenilənməsi işləri həyata keçirilir.
“İki sahil” xəbər verir ki, şəhərin inkişafı və sakinlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə görülən tədbirlər çərçivəsində hazırda Zülfi Hacıyev küçəsində və Heydər Əliyev Parkı ərazisində su və kanalizasiya xətlərinin yenilənməsi işləri aparılır. Bu prosesdə su xəttinin yeri də dəyişdirilərək daha səmərəli və təhlükəsiz şəbəkə qurulması təmin olunur.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov aparılan işlərlə yerindəcə tanış olub, prosesin gedişatı ilə bağlı müvafiq tapşırıqlar verib.
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Qaradağ rayonunun Ələt qəsəbəsində YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirilib
İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib