05 sentyabr 2024 16:19
244

ADA universitenin Kənd təsərrüfatı və qida elmi fakültəsində yeni proqramlara start verilib

Bakalavr və magstrlar üçün ADA universitenin Kənd təsərrüfatı və qida elmi fakültəsi yeni proqramlara start verilib.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə ADA universitenin Kənd təsərrüfatı və qida elmi fakültəsinin dekanı və Balonya universitetinin professoru Mateo Vittuari deyib.

Onun sözlərinə görə, ümumilikdə 3 proqram təqdim olunub:

"2 bakalavr, 1 magistr proqramı.

Bu günlərdə bu proqramlarımıza qəbul olunan yeni tələbələrimizi qarşılayırıq.

Bakalvr proqramları kənd təsərrüfatı texnologiyaları və qida texnologiyaları üzrədir. Ümumilikdə 80 bakalavr tələbəmiz var.

Magistr proqramı kənd təsərrüfatı və qida sistemlərinin idarə olunmasını əhatə edir və burada 20-dən çox tələbəmiz var.

Doktorantura proqramına gəlincə isə, bizim Bolonya Universiteri ilə təqdim etdiyimiz proqram çərçivəsində Bolonya Universitetində 8 doktorantura tələbəmiz oxuyur və onlar gələcəkdə müəllim, tədqiqatçı kimi ADA Universitetinə qayıdacaqlar.

Gələcək illərdə isə bu sayın daha da artırılması planlaşdırılır.

Bolonya Universiteti ilə birgə təşkil olunan sertifikat proqramlarımız da var. Hər il proqram bir mövzuya aid olur. Növbəti proqramımız Davamlı heyvandarlıq istehsalına həsr olunacaq.

Tələbələrə nəzəri biliklər verilir. Bu da onlara əmək bazarının tələblərinə uyğunlaşma qabiliyyəti qazandırır".