05 sentyabr 2024 16:15
246

Almaniyadakı azərbaycanlı həkimlərin III Forumu keçiriləcək

Sentyabrın 14-də Almaniyanın Bonn şəhərində Almaniyadakı azərbaycanlı həkimlərin III Forumu keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən "İki sahil"ə bildiriblər ki, Almaniyadakı azərbaycanlı həkimlərin və tibb tələbələrinin iştirakı ilə keçiriləcək tədbirin məqsədi peşəkar biliyik və təcrübənin mübadiləsi, iki ölkənin tibb sahəsində əməkdaşlığının inkişafı, məsləkdaş həmvətənlərin şəbəkələşməsi və ümumilikdə Azərbaycan ilə Almaniya arasında əlaqələrin möhkəmləndirilməsidir.

Forumda öz sahələr üzrə aktual mövzuları müzakirə etmək məqsədilə Almaniyanın 79 müxtəlif şəhərindən həkimlər, tibbin müxtəlif sahələrində fəaliyyət göstərən ekspertlər bir araya gələcəkdir. Tədbir, həmçinin azərbaycanlı həkimlərin Almaniya səhiyyəsinə verdiyi töhfəni tanıtmaq üçün hərətərəfli imkan yaradacaq.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən Almaniyadakı azərbaycanlı həkimlərin I Forumu 2022-ci il mayın 5-də Kölndə, II Forumu isə 2023-cü il noyabr 18-də Berlində təşkil edilib.