05 sentyabr 2024 12:35
228

İsmayıllıda saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib

İsmayıllı rayon Diyallı bələdiyyəsinin sədri olan Cahangir Surxayev barəsində həbs qətimkan tədbiri seçilib.

“İki sahil” xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində C.Surxayev dörd ay müddətinə həbs edilib.

Qeyd edək ki, o ötən gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onunla birgə İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanovun da tutularaq istintaqa cəlb olunub.