05 sentyabr 2024 11:07
226

Baş prokuror: Qarabağ separatçılarının cinayət işi yaxın vaxtlarda məhkəməyə göndəriləcək

Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğalından sonra yaradılmış qondarma qurumun separatçı rəhbərlərinin barəsində olan cinayət işlərinin istintaqı başa çatıb.

“İki sahil” xəbər verir ki, bunu Rusiyada Şərq İqtisadi Forumunda iştirak edən Azərbaycanın Baş prokuroru Kamran Əliyev News.ru-ya müsahibəsində deyib.

Baş prokuror separatçılarla bağlı cinayət işi üzrə istintaqın başa çatdığını, cinayət işi materiallarının baxılması üçün yaxın vaxtlarda məhkəməyə göndəriləcəyini bildirib.