05 sentyabr 2024 09:31
221

Dalğanın hündürlüyü 2.5 metrə çatıb - Faktiki hava

Ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 5-i saat 9:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Culfada 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR -da 37, Aran rayonlarında 37, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.