05 sentyabr 2024 08:51
231

Şuşa sakini: Sözlə ifadə olunmayan xoş hisslər keçiririk

Sözlə ifadə olunmayan xoş hisslər keçiririk. Deyiləcək sözlərimiz həddən artıqdır və çox xoşdur. Ən böyük istəyi gerçəkləşən insan necə olmalıdır?!

“İki sahil” xəbər verir ki, bu fikirləri bu gün Şuşa şəhərinə köç edən Ləman Qasımova bildirib.

Sakin ona bu şəraiti yaradanlara öz təşəkkürünü bildirib: "Hər kəsə - bu işdə əməyi olan bütün insanlara, qurumlara minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin. Qarşılarında baş əyirəm. Qazilərimizə sağlıq arzu edirəm. Bir də acı çəkməsinlər. Ali Baş Komandana tanıdığım bütün məcburi köçkünlərin adından təşəkkürümü bildirirəm, var olsun" ,- deyə L.Qasımova qeyd edib.