Tərtər rayonunun 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Bu barədə “İki sahil” Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 10:40-da traktor qazıntı işləri aparan zaman Tərtər rayonunun 22 kəndini qazla təmin edən d-219 mm-lik qaz xəttinə zərər yetirib. Bu səbəbdən hazırda rayonun 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Təmir-bərpa işlərinə artıq başlanılıb. Gün ərzində işlərin yekunlaşdırılması və qaz təchizatının bərpası nəzərdə tutulub.