03 sentyabr 2024 11:52
220

Mirzəağa Əliyev küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Sabah (4 sentyabr) saat 06:00-dan başlayaraq Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində (Azərbaycan prospektindən Səməd Vurğun küçəsinə qədər olan hissədə) aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət avtonəqliyyat vasitələri üçün tam məhdudlaşdırılacaq.

“İki sahil” xəbər verir ki, sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.