03 sentyabr 2024 11:44
223

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yeni kadr təyinatı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yeni kadr təyinatı olub.

“İki sahil” xəbər verir ki, yeni yaradılmış İnvestisiya Baş İdarəsinin rəisi vəzifəsinə Hacıyev Əli Sabir oğlu təyin edilib.

Qeyd edək ki, Hacıyev Əli Sabir oğlu bundan öncə İqtisadiyyat nazirliyinin Dövlət investisiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.