Bakı Təşəbbüs Qrupu (BTQ) "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfrans çərçivəsində “Mayot mübarizəsi” adlı videomaterial nümayiş etdirib.
“İki sahil” xəbər verir ki, BTQ-nin icraçı direktoru Abbas Abbasov tədbir barədə çıxış edərək bildirib ki, Qrup bu günə qədər dekolonializmə həsr olunmuş 16 beynəlxalq konfrans keçirib:
“Bu tədbirlər dünyadakı kolonializm siyasəti barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına xidmət etdi. Qısa zamanda BTQ kolonial siyasət altında olan xalqların səsini dünyaya çatdıra bildi”.