1 sentyabr 2024-cü il tarixindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Xorvatiyaya qaz təchizatına başlanılıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan və Xorvatiya hökumətləri arasında mövcud olan uğurlu əməkdaşlıq nəticəsində qış mövsümü ərəfəsində Azərbaycan qazının PPD şirkəti və MET Qrup vasitəsilə Xorvatiyaya çatdırılması ölkəmizin Avropanın etibarlı enerji tərəfdaşı və qaz təchizatçısı kimi rolunu daha da möhkəmləndirir.
Azərbaycan ilə Xorvatiya arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım olan bu hadisə SOCAR-ın Avropa daxili bazarları üçün enerji mənbələrinin şaxələndirilməsi üzrə öhdəliyinə sadiqliyini nümayiş etdirməklə qitənin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.
Beləliklə, Xorvatiya Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya və Sloveniya ilə birlikdə Azərbaycan qazını alan onuncu ölkə olub.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO