17 saylı Yasamal üçüncü seçki dairəsinin 29 saylı seçki məntəqəsində də seçici fəallığı hiss olunurdu. Ərazi üzrə məntəqədə 1183 seçici qeydə alınıb.
“İki sahil” xəbər verir ki, Məntəqə sədri Şəhla Xəlilova AZƏRTAC açıqlamasında seçicilərin fəallığından məmnunluğunu ifadə edib.
Onun sözlərinə görə, səhər saatlarından etibarən vətəndaşlar məntəqəyə gələrək istədikləri namizədlərə səs verirlər.
Seçki prosesinin yerli və xarici müşahidəçilər tərəfindən izlənildiyini diqqətə çatdıran Ş.Xəlilova deyib: “Seçki prosesinin şəffaf keçməsi, vətəndaşların rahat səs vermələri üçün bütün imkanlardan istifadə olunub, veb-kameramız işləyir. Saat 15.00-dək 20-dən çox beynəlxalq müşahidəçi məntəqəmizə gələrək, proseslə yaxından tanış olub. Dediklərinə görə, seçki prosesinin gedişatından razı qalıblar”.
Seçicilərin səsvermə prosesində həvəslə iştirak etdiklərini diqqətə çatdıran Ş.Xəlilova ərazi üzrə 90 yaşlı ən yaşlı seçicinin də gəlib səs verdiyi bildirib.
Məntəqə sədri daşınan qutu ilə bağlı seçicilərdən müraciət daxil olmadığını bildirib.
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlıqla bağlı videoçarx paylaşılıb
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir