Türkiyənin Naxçıvandakı Baş konsulu Əli Sevim vəzifəsinin icrasına başlayıb.
“İki sahil” xəbər verir ki, Türkiyənin Naxçıvandakı Baş Konsulluğuna təyin olunan Əli Sevim vəzifəsinin icrasına başlaması münasibətilə Türkiyənin Azərbaycandakı Səfiri Birol Akgünü ziyarət edib.
Baş konsul Əli Sevim Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Protokol İdarəsinin rəisi Anar Nəcəflidən ekzekvaturanı (icazə sənədini) təhvil alıb.
Ə. Sevim, həmçinin Səfir Birol Akgün ilə birlikdə XİN-in Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi Gürsəl İsmayılzadə ilə görüşərək nəzakət ziyarəti gerçəkləşdirib.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram