01 sentyabr 2024 13:07
436

Baş direktor Aqil Qurbanov Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Quru Qoşunları, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasimlərində iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mərasimlərdə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxış edərək məzunları təbrik edib.

Baş direktor təhsildə fərqlənən azərbaycanlı gənc zabitlərə diplomlar təqdim edib.

Qardaş ölkəyə səfər çərçivəsində Baş direktor, həmçinin bir sıra görüşlər keçirərək Azərbaycan və Türkiyə arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıb.