Ermənistanın müxalif "Yerkir Tsiran" partiyasının rəhbəri Zaruhi Postançıyan ABŞ-ın Los-Anceles şəhərində Sarkisyan rejiminin əleyhinə etiraz aksiyası keçirib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bir neçə gün öncə ABŞ-a gedən Postançıyan orada yaşayan erməni icmasını Sarkisyan hakimiyyətinə qarşı təşkilatlandırmaq üçün görüşlərə başlayıb.
O, Amerikada yaşayan ermənilərlə görüşərək, onlara Sarkisyan hakimiyyətinin apardığı çirkin siyasət nəticəsində ölkələrindən didərgin düşdüklərini bildirib. Etirazçılar "Rejimə ölüm" kimi şüarlar səsləndiriblər.