Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı telekanalları, xəbər agentlikləri, qəzetləri və xəbər saytları Azərbaycan Prezidenti İlham Əliyevin Türk Kiprinə dəstəklə bağlı sözlərini geniş işıqlandırıb.
“İki sahil” xəbər verir ki, ŞKTC-nin media strukturları Azərbaycan liderinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə parlamentinin nümayəndə heyəti ilə görüşdə səsləndirdiyi mövqeyini oxuculara çatdırıb.
Prezident İlham Əliyevin Azərbaycanın ŞKTC-yə göstərdiyi davamlı dəstək, o cümlədən Lefkoşanın Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirakının əhəmiyyəti barədə söylədiyi fikirlərə diqqət çəkilib.
Azərbaycan dövlətinin başçısının İrəvan tərəfindən sülh prosesinin qəsdən ləngidilməsi barədə sözləri sitat gətirilir, bir sıra Qərb institutlarının qərəzli mövqeyi və ayrı-ayrı ölkələr, xüsusən də Fransa tərəfindən Ermənistanın silahlandırılmasının yolverilməzliyi diqqətə çatdırılır.
Qərbi Azərbaycan İcması davamlı sülh və qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans təşkil edib
Maliyyə Nazirliyində YAP-a yeni qəbul olunan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib - FOTO
İsrail səfiri: Azərbaycanla kibertəhlükəsizlik, süni intellekt və su texnologiyaları sahəsində əməkdaşlığımız genişlənəcək