30 avqust 2024 09:57
570

Misli Premyer Liqasında oyun günü

Bu gün Misli Premyer Liqasında 5-ci tura start veriləcək. 

“İki sahil” xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" "Səbail"i qəbul edəcək.

Digər oyunda isə "Sumqayıt" evdə "Araz-Naxçıvan"la qarşılaşacaq. 

Qeyd edək ki, turun digər 3 matçı 31 avqust və 1 sentyabr tarixlərində oynanılacaq.

Misli Premyer Liqası,

5-ci tur

30 avqust (cümə)

17:45.“Turan Tovuz” – “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Cəmil Quliyev, Rəvan Həmzəzadə
Tovuz şəhər stadionu,

20:00.“Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər:
Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Kamran Əliyev
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

31 avqust (şənbə)

17:00.“Şamaxı” – “Neftçi”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov
Şamaxı şəhər stadionu

19:30.“Kəpəz” –“Sabah”
Hakimlər: 
Nicat İsmayıllı, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
Tovuz şəhər stadionu

1 sentyabr (bazar)

20:45.“Zirə”– “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu