29 avqust 2024 22:36
571

İdmançımız Parisdə bürünc medal qazandı

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

“İki sahil” xəbər verir ki, K44 kateqoriyası üzrə 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu mərhələdə türkiyəli Can Özcanla üz-üzə gəlib.

Rəqibinə 18:23 hesabı ilə uduzan Zeynalov bürünc medal uğrunda qarşılaşmada iştirak hüququ qazanıb.

Qeyd edək ki, yarışa sentyabrın 8-də yekun vurulacaq.