29 avqust 2024 21:52
510

"Zirə" sonuncu matçında qələbə qazanıb - Konfrans Liqası

"Zirə" cari mövsüm UEFA Konfrans Liqasında sonuncu oyununu keçirib.

“İki sahil” xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin cavab matçında Bakıda Kiprin "Omoniya" klubunu qəbul edib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

79-cu dəqiqədə Rafael Utziq fərqlənib.

Səfərdə rəqibinə altı cavabsız qolla uduzan "Zirə" avrokubokla vidalaşmalı olub.