Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
“İki sahil” xəbər verir ki, K44 kateqoriyasında yer alan idmançı türkiyəli Can Özcanla qarşılaşıb
Rəqibinə qalib gələn 18:23 hesabı ilə məğlub olan Zeynalov qızıl medal qazanmaq şansını itirib.
O, bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.