29 avqust 2024 20:08
494

Konfrans Liqası: "Zirə" - "Omoniya" oyunu başlayıb

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn "Zirə” və Kiprin "Omoniya" komandaları arasında görüş başlayıb.

“İki sahil” xəbər verir ki,  “Liv Bona Dea Arena”da oynanılan qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü latviyalı FIFA referisi Vitali Spasennikov idarə edir.

Komandalar arasında ilk matç rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.