29 avqust 2024 17:34
455

Ronaldo 1000 qol vurmaq istəyir

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerasında 1000 qol vurmaq niyyətində olduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə 39 yaşlı futbolçu "Mançester Yunayted"dəki keçmiş komanda yoldaşı Rio Ferdinandın "Yutub" kanalına müsahibəsində deyib: “1000 qol hədəfinə çatmaq istəyirəm. Əgər zədəm yoxdursa, mənim üçün ən vacibi budur, bunu istəyirəm. Futbolda qazana biləcəyim ən yaxşı göstərici ilk növbədə 900 qola çatmaqdır. Bundan sonra məqsədim 1000-ə çatmaqdır".

Qeyd edək ki, hazırda portuqaliyalı oyunçunun aktivində ümumilikdə 899 qol var.