"Qalatasaray"ın qapıçısı Fernando Musleraya ağır cəza tətbiq oluna bilər.
“İki sahil” xəbər verir ki, uruqvaylı qolkiper Çempionlar Liqasının pley-off mərhələsində "Yanq Boyz"a qarşı cavab oyununda (0:1) rəqib futbolçuya təpik vurduğu üçün qırmızı vərəqə ilə cəzalandırılmışdı.
"Fanatik" nəşri yazıb ki, UEFA bu hərəkətinə görə Musleraya ağır cəza verməyi planlaşdırır. Qurumun oyunçunu 3-4 oyunluq cəzalandıracağı gözlənilir.
Bu, baş verəcəyi təqdirdə qapıçı Avroliqanın Liqa mərhələsində keçiriləcək 8 matçın yarısını buraxacaq.