29 avqust 2024 13:30
426

Azərbaycan paraüzgüçüsü finala yüksələ bilməyib

Azərbaycan paraüzgüçüsü Könül Süleymanova “Paris-2024” Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

“İki sahil” xəbər verir ki, S2 kateqoriyasında çıxış edən idmançı təsnifat mərhələsində 100 metr məsafəyə arxası üstə üzmədə qüvvəsini sınayıb.

O, 4 dəqiqə 3.4 saniyə nəticə göstərərək qrupda 5-ci olub. Yekunda ilk "səkkizliy"ə düşə bilməyən K.Süleymanova final mərhələsinə yüksələ bilməyib.

Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur.