"Kəpəz" klubu baş məşqçisi Adil Şükürovla yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"a mütəxəssis özü məlumat verib.
O, öz qərarı ilə postunu tərk etdiyini açıqlayıb.
Qeyd edək ki, Premyer Liqada 4 turdan sonra xalsız olan "Kəpəz" sonuncu - 10-cu pillədə qərarlaşıb. Adil Şükürov 2023-cü ilin noyabrından bölgə təmsilçisində işləyib.