"Bayer" müdafiəçisi Odilon Kossununu "Atalanta"ya icarəyə verib.
"İki sahil" klubun saytına istinadən xəbər verir ki, Kot-d'İvuarlı ilə icarə müqaviləsi 2024/25 mövsümünün sonuna qədərdir. İtaliya təmsilçisi gələn ilin yayı 23 yaşlı oyunçunun birdəfəlik almaq hüququna malikdir.
Kossunu 2021-ci ilin iyulundan Leverkuzen klubunda çıxış edir. Ümumilikdə o, "Bayer" 101 oyuna çıxıb, 1 qol vurub və 3 qolun ötürməsini verib.